REGİONLAR
Sosial Xidmətlər Agentliyi şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsini davam etdirir VİDEO
Quba, 1 avqust, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsi davam edir. İki mərhələdən ibarət olan layihənin hər mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk qrupun qatıldığı düşərgənin 4-cü günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi “Ebru” və “Mini Survivor” təlimində iştirak ediblər.
Sonra intellektual və əyləncəli oyunlarda özlərini sınayan iştirakçılar üçün açıq havada minifutbol yarışı, eləcə də hovuzda su idman oyunları təşkil edilib.
Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlara “Hislərin (emosiyaların) dünyası” adlı təlim keçirilib.
Günün sonunda iştirakçılar üçün rayon ərazisindəki “Çənlibel” gölünün ətrafında gəzinti təşkil olunub.
Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşayiət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək.