Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Gəncədə vətəndaşları qəbul edib
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Gəncədə vətəndaş qəbulu keçirib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Samux, Göygöl, Kəlbəcər və Gəncə sakinləri iştirak ediblər.
İmtiyazlı şəxslərin fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, şəhid ailə üzvünün vəsiqəsi ilə təmin edilmə, eləcə də Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə əlaqədar təşkil edilən qəbulda bu rayonlardan olan 60-a yaxın sakin iştirak edib.
Müraciətlərə qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında baxılıb. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.





Xəbərin mətnində orfoqrafik səhv var