CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Şirvanda vətəndaşların müraciətini dinləyib
Bakı, 19 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şirvan və Hacıqabul sakinlərinin müraciətini dinləyib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 20-yə yaxın sakin fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, eləcə də Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə əlaqədar müraciət ediblər.
Vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Ötən dövrdə Xaçmaz, Gəncə, Sabirabad, Kürdəmir, Naftalan, Yevlax, Cəlilabad, Qəbələ, Tərtər, Masallı, Beyləqan, Göyçay, Sumqayıt və Şirvan daxil olmaqla ümumilikdə 31 şəhər və rayonun 400-ə yaxın sakinin müraciəti dinlənilib.