CƏMİYYƏT


Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə icra olunan sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsinə 6200 uşaq cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə üzrə Bakının rayonları da daxil olmaqla 62 rayon və şəhərdə fəaliyyət göstərən sosial reabilitasiya mərkəzlərində autizm, Daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar reabilitasiya xidmətləri ilə təmin edilir. Həmçinin bacarıqlarının inkişaf etdirilməsi üçün onların hər biri ilə fərdi plan əsasında iş aparılır.

Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.