CƏMİYYƏT


Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Oğuz rayonunda vətəndaşları qəbul edib

Bakı, 7 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Oğuz rayonunda vətəndaşları qəbul edib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, qəbulda Oğuzdan olan vətəndaşlarla yanaşı, Şəki sakinləri də iştirak edib. Ümumilikdə 15 vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən fərdi ev, avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və agentliyin fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

İmtiyazlı şəxs kateqoriyasından olan qəbul iştirakçılarının müraciətləri ilə bağlı sualları cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Mütəmadi olaraq respublikanın müxtəlif şəhər və rayonlarında həyata keçirilən qəbullarda iştirak etmək istəyən vətəndaşlar Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, həmçinin agentliyin sosial şəbəkə hesablarına yazaraq müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.