CƏMİYYƏT


Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Qəbələdə vətəndaşların müraciətini dinləyib

Bakı, 24 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Qəbələdə vətəndaşların müraciətini dinləyib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Qəbələ və İsmayıllı rayonlarının 20-yə yaxın sakini fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və digər məsələlərlə əlaqədar müraciət edib.

Müraciət edilən məsələlərlə bağlı yerindəcə araşdırma aparılıb, əlavə araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Agentliyin səlahiyyətlərinə aid olmayan, eləcə də sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib.

Agentliyin sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbullar vətəndaşların mövcud müraciətlərini yerində araşdıraraq həll edilməsinə dəstək göstərmək məqsədilə həyata keçirilir. Bu ilin may ayından etibarən başlanan qəbul prosesi ərzində Xaçmaz, Gəncə, Sabirabad, Kürdəmir, Naftalan, Yevlax, Cəlilabad və Qəbələdə - ümumilikdə 20 şəhər və rayonun 300-ə yaxın sakinin müraciəti dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.