CƏMİYYƏT


Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzində hər ay 40 uşağa reabilitasiya xidmətləri göstəriləcək

Bakı, 9 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunda yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər vasitəsilə 18 yaşınadək əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə, həmçinin həssas əhali qruplarından olan digər şəxslərə xüsusi diqqətindən danışan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, bu şəxslərin sosial müdafiəsi tədbirləri ildən ilə daha da gücləndirilir.

Qeyd olunub ki, agentlik hazırda 18 yaşınadək əlilliyi olan şəxsləri həm stasionar, həm də səyyar formada sosial xidmətlərlə təmin edir. Daha əvvəl açılışı olan Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən həmin kateqoriyadan olan 60-a yaxın uşağın reabilitasiyası yekunlaşıb.

Sabunçu Sosial Xidmət Mərkəzi də uşaqlara keyfiyyətli xidmət göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib. Mərkəzin xidmətlərindən ilkin olaraq 3-11 yaş qrupuna aid 18 yaşınadək əlilliyi olan şəxslər bəhrələnəcək.

Burada uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətlərinin təşkili ilə yanaşı, valideynləri də müvafiq təlimlərə cəlb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.