REGİONLAR


Sosial aksiyada Ağdam sakininin 15 ton soğan məhsulu tədarük olunub

Bakı, 2 avqust, AZƏRTAC 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Ağdamın cəbhəyanı Çəmənli kəndində sosial aksiya keçirib.

Səhmdar Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qarabağ müharibəsi əlili Çingiz Əsədovun sahəsində əkib-yetişdirdiyi soğan məhsulu tarlabaşında tədarük olunub.

Kənd sakini bir müddət əvvəl İctimai Birliyin üzvləri rayonda olarkən məhsullarının satışına köməklik göstərilməsini xahiş edib. Hər iki qurum əlil vətəndaşın müraciətini müsbət cavablandırmaq haqda qərar qəbul edib.

Ümumi çəkisi 15 ton olan soğan məhsulu Səhmdar Cəmiyyətin öz nəqliyyat vasitələri ilə real bazar qiymətinə tədarük olunaraq həftəsonu yarmarkalarda satışa çıxarılacaq. “Bu il məhsuldarlığımız yüksək oldu, rayonda soğan istehsalı bol olduğu üçün satışında çətinliklə üzləşmişdik. Bir az da sahədə qalsa məhsulun böyük hissəsi kəskin istilərin təsiri ilə zay olacaqdı. “Regional İnkişaf” İctimai Birliyin üzvləri rayonumuzda olarkən müraciət etdim, onlar da “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin vasitəsilə ilə mənə böyük köməklik göstərdilər. Hətta məhsullarımı bazar qiymətinə uyğun qiymətə aldılar. Bu addımla məni gələn il əkin sahəsini artırmağa ruhlandırdılar. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına bu qədər sürətli, operativ xidmət göstərən təşkilatlar yaratdığına görə, cəbhə xəttində yerləşən əhaliyə diqqət və qayğısına görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”,- deyə kənd sakini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.