MƏDƏNİYYƏT
“Sosial dialoqun inkişaf etdirilməsi” mövzusunda vebinar keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin iş planına müvafiq olaraq “Sosial dialoqun inkişaf etdirilməsi” mövzusunda səyyar iclasın vebinarı keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarda Xaçmaz regionu üzrə Gənclər və İdman idarələrinin rəisləri, MİHİ-nin rayon komitələrinin sədrləri və komissiya üzvləri iştirak ediblər.
Vebinarda Respublika Komitəsinin sədri Cəmilə Səttarova və Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyov mövzu ilə bağlı çıxış ediblər. Sonra MİHİ-nin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon komitələrinin sədrləri çıxışlarında ərazi sazişlərin və onların ilk təşkilatlarında kollektiv müqavilələrin bağlanılması haqqında geniş məlumat veriblər.