CƏMİYYƏT


Sosial həyatda qadınların rolunun artırılması məsələləri müzakirə edilib

Bakı, 19 avqust, AZƏRTAC

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Qızlar seminariyası” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir qızların cəmiyyətdə sosial fəallığının artırılması və müxtəlif sahələrdə uğur əldə edən xanımların bilik və təcrübələrinin təbliğ etdirilməsi məqsədi daşıyırdı.

Tədbirdə “Sağlam Ailə” Tibb Mərkəzinin PR və marketinq şöbəsinin rəhbəri Nigar Rüstəmli, “Sağlam Ailə” Tibb Mərkəzinin mama-ginekoloqu Əfsanə Hüseynquliyeva, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin psixoloqu Aytac Abbasbəylinin və iştirakı ilə keçirilən diskussiya zamanı gənc xanımların sualları cavablandırılıb və reproduktiv sağlamlıq haqqında məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.