MƏDƏNİYYƏT


“Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda onlayn tədbir təşkil edilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Respublika Gənclər Kitabxanası Gəncə şəhər MKS-i və onun tabeliyində fəaliyyət göstərən 16 saylı filialın əməkdaşları ilə “Zoom” proqramı vasitəsilə “Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda birgə tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanasının fəaliyyətinin əsas prinsipi olan “Öyrənək, öyrədək” şüarı əsasında təşkil edilən onlayn tədbirin əsas məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklər və onların müzakirəsi olub. İki saata yaxın davam edən onlayn konfransı giriş sözü ilə açan aparıcılar Hüquq informasiya şöbəsinin müdiri Günay Həsənova və 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin və Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyevanın bu tip tədbirlərin keçirilməsi mühümlüyünə və bu layihələrin kitabxanalararası əlaqələrin, əməkdaşlığın inkişafında mühüm rol oynamasına dair söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir hər üç kitabxananın mütəxəssislərinin çıxışları, fikir mübadilələri əsasında keçib. Tədbirdə Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə Musayeva “Karantin dövründə Respublika Gənclər Kitabxanasının fəaliyyətinə baxış”, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Səadət Şəfiyeva “Virtual sərgilər və videoçarxlar”, Metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova “Elektron məlumat bazaları”, Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova “Xarici dillərdə tərtib edilən virtual kitab sərgiləri və videoçarxlar”, Gəncə MKS-i və onun tabeliyində olan 16 saylı filialdan isə Metodiki işlərin təşkili şöbəsinin müdiri İradə Abbasova “Pandemiya şəraitində MKS-nin fəaliyyəti”, Məlumat biblioqrafiya şöbəsinin müdiri Səbinə Məmmədova “Pandemiya şəraitində biblioqrafik sorğular”, Kitabxanalararası abonement şöbəsindən Vüsalə Hüseynova “Pandemiya şəraitində virtual sifariş”, Komplektləşdirmə və kitabişləmə şöbəsi müdiri Gülnaz İsgəndərova “Pandemiya şəraitində MKS-nin yeni layihələri” 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova “Sosial izolyasiya dövründə tədbirlərin keçirilməsi” mövzularında çıxışlar ediblər.

“Zoom” proqramı vasitəsilə “Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda keçirilən birgə tədbirin görüntüləri Respublika Gənclər Kitabxananın sosial şəbəkələrinə yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.