REGİONLAR


Sosial könüllülər sağlamlıq imkanları məhdud məktəblilərlə görüşüblər

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər Bilik Günü münasibətilə müvafiq kateqoriyadan olan məktəblilərin evində olub, onlara yeni dərs ilinin ilk gününə hazırlanmasında köməklik ediblər.

Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sosial könüllülər məktəblilərlə tədris proqramlarına uyğun maarifləndirici söhbətlər aparıb, müvafiq tövsiyələr veriblər.

Daha sonra könüllü gənclər məktəbliləri tədris alacaqları ümumtəhsil məktəblərinə aparıb, ilk dərs günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların asudə vaxtının səmərəli təşkilinə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradıb. Sosial könüllülərin sağlamlıq imkanları məhdud məktəblilərlə görüşü də Dövlət Proqramının icrası istiqamətində görülən işlərin tərkib hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.