CƏMİYYƏT
Sosial məsələlərlə əlaqədar müraciət edən vətəndaşların qəbul prosesi Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində aparılacaq
Bakı, 29 iyul, AZƏRTAC
Nazirliyin inzibati binasında vətəndaşların qəbulu otağında yenidənqurma işlərinə başlanması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında vətəndaşların qəbulu otağının müasir tələblərə uyğun qurulması və qəbul prosesində müasir innovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması üçün qəbul otağında yenidənqurma işlərinin aparılması planlaşdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar olaraq avqustun 1-dən nazirliyin inzibati binasında vətəndaş qəbulu prosesinin bir qismi qəbul otağında yenidənqurma işlərinin aparıldığı müddətdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində (Bakı şəhəri, H. Zərdabi prospekti, 80) təşkil ediləcək.
Qəbul Mərkəzi əhaliyə innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı və elektron növbəlilik əsasında, şəffaf və operativ şəkildə, vətəndaş rahatlığı və məmnunluğun prinsipinə uyğun, vətəndaşlarla açıq iş şəraitində xidmətlər göstərilir.