CƏMİYYƏT


Sosial sahədə daha 47 e-xidmət yaratmaq nəzərdə tutulur

Bakı, 18 noyabr, AZƏRTAC

Elektronlaşdırma proqramını genişləndirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 47 elektron xidməti yaratmağı və prosesi gələn ilin sonunadək başa çatdırmağı nəzərdə tutur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin e-xidmətlərdən 25-inin proaktiv xidmət (müraciət olunmasına və sənəd təqdim edilməsinə ehtiyac olmadan vətəndaşa yaranmış hüquqları əsasında sosial təminat, əlillik üzrə təyinatların və sosial sığorta üzrə xidmətin avtomatik həyata keçirilməsi) olması nəzərdə tutulur.

47 e-xidmətdən 7-nin ilin sonuna kimi, qalanlarının gələn il işə salınması planlaşdırılır.

Hazırda nazirlik üzrə 26-sı proaktiv olan 53 e-xidmət fəaliyyət göstərir. Yeni e-xidmətlərin yaradılması ilə onların sayı 100-ə çatacaq. Bu da nazirlik üzrə xidmətlərin (132 xidmət) elektronlaşma səviyyəsinin 76 faizə çatmasına imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.