CƏMİYYƏT


Sosial sahibkarlıqla əlaqədar qanun layihəsi hazırlanacaq

Bakı, 6 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sosial sahibkarlıq mövzusunda görüş keçirilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak ediblər.

Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, həmin sahənin ölkədəki inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali qruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və kiçik biznesə yiyələnmələri üçün bir sıra işlər görülür və məşğulluq tədbirlərinin icrası zamanı onlar üstün hüquqa malikdirlər.

Eyni zamanda, görüş çərçivəsində sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.