İQTİSADİYYAT


Sosial şəbəkələrdə bankların adından saxta iş elanları paylaşılır - Xəbərdarlıq

Sosial şəbəkələrdə bankların adından saxta iş elanları paylaşılır -  Xəbərdarlıq

Bakı, 20 may, AZƏRTAC

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır.

AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.