DÜNYA


Sosial şəbəkələrdə dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə Misirdə işçi qruplar yaradılacaq

Qahirə, 4 yanvar, AZƏRTAC 

Misirli deputat, Nümayəndələr Palatasının Sosial Həmrəylik Komitəsi sədrinin müavini Məhəmməd Abu Hamed bəzən sosial şəbəkələr vasitəsilə yayılan dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə ölkənin bütün nazirliklərində və dövlət idarələrində işçi qrupların yaradılması təklifi ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, deputat “quruculuq və inkişaf prosesini başa çatdırmaqda misirlilərin iradəsini və əzmini qırmaq məqsədilə” son vaxtlar reallıqdan uzaq olan xeyli sayda feyk-xəbərlərin yayıldığını bildirib. M.Hamed hər bir nazirlik və qurumda buna bənzər yazıları izləyəcək və doğru məlumatı göstərərək təkziblə çıxış edəcək işçi qrupların yaradılmasının zəruriliyini vurğulayıb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.