CƏMİYYƏT


Sosial şəbəkələrdə kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb

Bakı, 17 iyun, AZƏRTAC

Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DİN-in Kiber talamalara qarşı əks tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub.

R.Babayevin əməllərindən 100-dən çox vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub.

Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-in 102 Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.