CƏMİYYƏT


Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən daha bir nəfər tutulub

Bakı, 22 yanvar, AZƏRTAC

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Coşqun Məmmədli tutulub. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

C.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə o, 20 sutka müddətinə inzibati qaydada həbs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.