CƏMİYYƏT


Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs həbs olunub

Bakı, 11 sentyabr, AZƏRTAC 

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə və Binəqədi Rayon Polis idarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profilin sahibi Yevlax rayonunda qeydiyyatda olan əvvəllər məhkum edilmiş Ceyhun Məmmədov yaşadığı Binəqədi rayonu ərazisində tutulub. Şəxsi axtarış zamanı onun üzərindən bir büküm marixuana aşkarlanıb.

O, ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini bildirib. Ekspertizaların nəticəsində Ceyhun Məmmədovun mütəmadi narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Ceyhun Məmmədov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş qanun pozuntusuna yol verdiyindən onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.