REGİONLAR
Sosial şəbəkələrdə paylaşılan Masallıda Aşura mərasimi ilə bağlı videogörüntülər 2017-ci ildə çəkilib
Masallı, 30 avqust, Bağır Əliyev, AZƏRTAC
Sosial şəbəkələrdə Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən açıqlamada bildirilir ki, həmin görüntü 2017-ci ildə keçirilmiş Aşura mərasimi zamanı çəkilib.
“Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq”, -deyə məlumatda bildirilib.