CƏMİYYƏT


Sosial sığorta haqları üzrə daxilolmalar 7,88 faiz artıb

Bakı, 12 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21 faiz (57 milyon manat) artaraq 2 milyard 614,2 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88 faiz (134,12 milyon manat) artaraq 1 milyard 836,85 milyon manat olub.

Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54 faiz, qeyri-büdcə sektoru üzrə 114,42 faiz icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.