İQTİSADİYYAT


Sosial sığorta haqları üzrə vergi daxilolmaları proqnozuna 113,6 faiz icra edilib

Bakı, 30 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında əmək bazarında şəffaflaşma prosesləri nəticəsində işçi sayının və əməkhaqqı fondunun artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə vergi daxilolmaları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 895,3 milyon manat təşkil edib, proqnoz 113,6 faiz icra olunub.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,8 faiz artıb, proqnoza 115,9 faiz əməl edilib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8 faiz artaraq 30,3 milyon manat təşkil edib, proqnoz 112,1 faiz yerinə yetirilib.

Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15,7 faiz artıb, proqnoz 110,9 faiz icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.