CƏMİYYƏT


Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə bundan sonra sosial sığorta ödəmələri:

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,

hamiləliyə və doğuma görə,

uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,

uşağın anadan olmasına görə və

dəfn xərci kimi nəzərdə tutulan müavinət ilə bağlı müraciətə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən onlayn rejimdə öyrənmək mümkündür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, oradan isə şəxsi kabinetə daxil olmaq lazımdır. Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümü seçilir.

Bu zaman müraciətin nəticəsi olaraq məlumatı - müraciətin qəbuledilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görmək olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.