CƏMİYYƏT
Sosial sığorta ödəmələrinin operativ həyata keçirilməsinin təmin edilməsi məqsədilə onlayn görüş keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Sosial sığorta ödəmələrinin operativ həyata keçirilməsinin təmin edilməsi, bu sahədə sığortaedən və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən 62 rayon təhsil şöbəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, habelə 15 Ərazi Maliyyə Hesablama Mərkəzi və Bakı şəhəri üzrə 6 Xidmət və Əməliyyat Mərkəzinin əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sosial sığorta ödəmələrinə dair qanunvericilik aktları, onların tətbiqi üzrə hüquqi və texniki məsələlərlə bağlı metodiki və təlimatlandırıcı xarakter daşıyan görüşdə bu sahədə tətbiq olunan yeniliklər, nəzərdə tutulan işlər barədə məlumat verilib.
Eyni zamanda sığortaedənlərə texniki və metodiki yardım göstərmək məqsədilə onlar tərəfindən göndərilən haqq-hesab cədvəlləri və əlavə edilən sənədlərdə yol verilən xətaların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.