CƏMİYYƏT


“Sosial tədqiqatlar” jurnalının ilk nömrəsi çapdan çıxıb

Bakı, 30 iyul, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən təsis və nəşr edilən, beynəlxalq redaksiya heyətinə malik, ictimai və humanitar elmlərin geniş spektrini əhatə edən, rüblük dövri nəşri olan “Sosial tədqiqatlar” jurnalının ilk nömrəsi çapdan çıxıb.

STM-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, jurnal 2019-cu il avqustun 6-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilib. 2021-ci ilin mart ayında mərkəzi Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789) ilə bağlı sertifikat verilib.

Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.

Müstəqil, resenziyalı, beynəlxalq redaksiya heyətli elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir. Jurnalda Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc edilir.

“Sosial tədqiqatlar” akademik-elmi təyinatlı, analitik-elmi tədqiqat jurnalı olub, əhatə etdiyi mövzular çoxşaxəlidir. Jurnalın məqsədlərindən biri-Azərbaycandan və başqa ölkələrdən olan tədqiqatçılara öz elmi təhlillərinin nəticələrinin dərc edilməsi üçün beynəlxalq platformanın formalaşdırılmasıdır.

İlk nömrəsi çap olunan nəşrin əsas başlıq-rubrikaları qismində daimi olaraq, STM-in nizamnaməsində müəyyən edilən sosial tədqiqatların nəzəriyyə və metodlarına, cəmiyyətdə gedən aktual ictimai-siyasi proseslərin dinamikası və meyillərinə, sosial dövlət quruculuğunda dövlət-vətəndaş qarşılıqlı münasibətləri məsələlərinə, sosial təhlil, diaqnoz və proqnoz məzmunlu problemlər əhatə edilir.

Nisbətən yeni sayılan elmi istiqamətlər - sosial şəbəkələrin və müasir informasiya texnologiyalarının təhlili, elm və texnologiyanın tədqiqi, (elm və texnologiya araşdırmaları (Science And Technology Studies (STS), müqayisəli (komparativ) sosiologiya kimi sahələr daxil olmaqla sosial-humanitar tədqiqatların ən dinamik inkişaf edən sahələri də önəm verilən prioritetlər sırasındadır.

Jurnal həm də sosial tədqiqatlar sahəsində yeni fikirlərin, yanaşmaların, məlumatların müzakirəsi üçün açıq bir platforma olmaq imkanıdır. Redaksiya Heyəti “Müzakirə-Polemika”, “Sosial publisistika “, “Özəl baxış”, “Sosial kommunikasiya” və digər başlıqlarla Azərbaycanda müasir tədqiqatçı və sosioloqların yetişdirilməsinin aktual, dünya ilə müqayisəli məsələlərini prioritet məsələ hesab edir. “Sosial tədqiqatlar” jurnalı bu sahə ilə bağlı istənilən innovativ fikir və təkliflər üçün açıqdır.

Jurnalın ilk nömrəsində yerli və xarici müəlliflərin 15 məqaləsi 7 bölmədə oxucuların diqqətinə təqdim edilir.

kommunikasiya funksiyasını yerinə yetirən, Cənubi Qafqaz kimi mühüm arealda etibarlılıq zolağı yaradan fəaliyyətqabiliyyətli subyekt kimi qəbul edir.

Qeyd edək ki, “Sosial tədqiqatlar” jurnalının yeni sayının PDF versiyasını jurnalın internet səhifəsindən də (https://socialresearchjournal.az/) oxumaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.