CƏMİYYƏT


“Sosial tədqiqatlar” jurnalının ilk sayı çap olunub

Bakı, 30 iyul, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən təsis və nəşr edilən, beynəlxalq redaksiya heyətinə malik, ictimai və humanitar elmlərin geniş spektrini əhatə edən, rüblük dövri nəşr olan “Sosial tədqiqatlar” jurnalının ilk sayı çapdan çıxıb.

STM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, jurnalın ilk sayında yerli və xarici müəlliflərin 15 məqaləsi 7 bölmədə oxucuların diqqətinə təqdim olunub.

Qeyd edək ki, “Sosial tədqiqatlar” jurnalı 2019-cu il avqustun 6-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilib. Fransanın paytaxtı Parisdə yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyat Mərkəzi tərəfindən 2021-ci ilin mart ayında “Sosial tədqiqatlar” jurnalına beynəlxalq sertifikat verilib.

İl ərzində 4 sayı çap edilən jurnalda Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.