CƏMİYYƏT


Sosial tərəfdaşlarla birgə növbəti “dəyirmi masa”lar təşkil edilib

Bakı, 26 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda növbəti “dəyirmi masa”ları Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarında təşkil edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə işəgötürənlərin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri ilə birgə ölkə başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”ndan irəli gələn vəzifələrin icrası sahəsində sosial partnyorluq müstəvisində görüləcək işlər ətraflı müzakirə olunub. Qarşıda duran əsas vəzifələrdən birinin də qeyri-rəsmi məşğulluğa yol verilməsi hallarının qarşısının alınması olduğu vurğulanıb.

Bu istiqamətdə tədbirlərin gücləndirilməsi, habelə işsiz və işaxtaranların münasib işlərlə təminatı istiqamətində işəgötürənlərlə birgə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı sosial dialoq çərçivəsində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.