CƏMİYYƏT


Sosial xidmət müəssisəsində ilaxır çərşənbə qeyd olunub

Bakı, 15 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində ilaxır çərşənbə qeyd olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, bayram tədbirində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov və müəssisədə xidmət göstərilən uşaqların valideynləri iştirak ediblər.

Müəssisənin əməkdaşları və sakinləri tərəfindən “Bəxtiyar” filmi əsasında hazırlanan səhnəcik təqdim olunub.

18 yaşınadək əlilliyi olan şəxslərin ifasında musiqi və rəqs nümunələri maraqla qarşılanıb.

Novruz adət-ənənələrinə uyğun olaraq hazırlanan plov nümunələri, çay dəsgahı və bayram atributları olan şirniyyatlar azyaşlıların sevincinə səbəb olub.

Bayram tədbirində uşaqlara və valideynlərə bayram plovu təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.