Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Sosialist realizmi”nə meydan oxuyan Abşeron rəssamlıq məktəbi

Bakı, 20 aprel, AZƏRTAC

“Abşeron rəssamlıq məktəbi” ifadəsini XX yüzilliyin ortalarında Azərbaycan təsviri sənət məkanında yaranan bədii termin saymaq olar. “Abşeronçu” kəlməsini o dövrdə Bakıda yaşayıb-yaradan, fəaliyyətləri paytaxtətrafı çoxsaylı kənd və qəsəbələri gəzib-dolaşan, bu yerlərdə insanların həyatında və məişətində gördüklərini ideallaşdırmadan, olduğu kimi kətana köçürən, dünyaya özünəməxsus bədii vasitələrin işığında baxan bir dəstə rəssamayönəli söyləyərdilər. Bakıda təşkil olunan çoxsaylı sərgilərdə onları az qala barmaqla göstərib, “Bu Abşeronçudur!” deyərdilər. Özü də təqdir kimi yox, kinayə və qınaq mənasında…Doğrudan da bu rəssamların Abşeronun gül becərənlərini, at və öküz nallayanlarını, abqora və bəhməz hazırlayanlarını, əncir qurudanlarını, çərpələng uçurdan və ulaq minən uşaqları və digər qırmızı bayraq uğrunda mübarizə sırasına daxil edilməyən insan fəaliyyətini kətan üzərində bədiiləşdirmələri başqa fırça ustalarının sərgilərdə göstərilən tablolarından bütün mənalarda çox fərqli və rəsmilər üçün qıcıq doğuran idilər. Taleyini rənglər dünyasına bağlamış bu yaradıcılar yaş etibarilə müxtəlif idilər. Həyata “antisovet” baxışı sərgiləməkdə suçlandırılan, əslində isə zamanına görə böyük fədakarlıq nümunəsi sərgiləyən bu yaradıcı qrupun lideri Mircavad Mircavdovun yaşı 1955-ci ildə 32, onun kiçik qardaşı Tofiq Cavadovun 30 idisə, Rafael Muradovun 23, Fərhad Xəlilovun isə cəmisi 21 yaşı vardı. Ancaq onlar məslək etibarı ilə bir, başqa sözlə desək, əsl əqidə adamı idilər. O vaxta qədər Azərbaycan rəssamlığında buna bənzər hadisə yaşanmadığından, “Abşeronçu”ların hər bir addımı ətrafdakılar üçün gözlənilməz olduğu qədər də maraqlı görünürdü. Mədəni məkanda bu rəssamlara qarşı yaranmış bu sonsuz diqqətin kökündə heç şübhəsiz onların başqalarına bənzəməyən yaradıcılıq həyatı, o zamankı kommunist rejimi şəraitində hakim olan “sosialist realizmi” bədii prinsipinə arxa çevirmələri, sistemin təlqin etdiyi ideya və mövzulardan uzaq məsələlərə diqqət yetirmələri, hər hansı ideologiyaya yarınmaqdan kənar olmaları idi. Rəsmi ideologiyadan uzaq bu cür müstəqillik və sərbəstlik lap yumşaq desək, hamının aydın duya biləcəyi özbaşınalıq sayıla da bilərdi. Əgər ötən əsrin əllinci illərin sonlarında SSRİ-nin rəhbəri N.S.Xruşovun Moskvanın başqalarından daha sərbəst düşüncəli rəssamlarına yönəli gerçəkləşən sərt və təhqiredici tutumlu məşhur “Manej təmizlənməsi”ni xatırlasaq, onda Bakıda yaranışı ilə bütünlükdə sosializm dəyərlərinə meydan oxuyan bir məktəbi yaradanlara münasibətin istənilən qədər sərt və kəskin olacağı şübhəsiz idi. Bununla belə yerli ideoloqlar onlarla nə edəcəyini, necə davranacaqlarını bilmirdilər. Belə ki, zaman başqa zaman idi.

Qətiyyətlə demək olar ki, “Abşeronçu”lar haqqında söz açdığımız sənətkar müstəqilliyini, ideologiyadan uzaq olmalarını 30-cu illərdə sərgiləsəydilər, onların repressiyaya məruz qalmaları qaçılmaz olardı. Odur ki, fərqli situasiyada kommunist-ideoloqlar da başqa cür hərəkət etməli idilər. Bu mənada onların o dövrdə qabarıq görünən əks tədbiri “Abşeronçu” rəssamların kommunist ideallarına cavab verməyən əsərlərinin sərgi salonlarına buraxılmaması idi. Bununla da ideoloji rəsmilər müxtəlif yaşlı “üsyançı rəssamlar”a mənəvi təzyiqlə yanaşı, həm də əsərlərinin alınmaması qarşılığında maddi təzyiq göstərilmək, bununla da onları ram etmək istəyirdilər. Gündəlik çörək pulunu sənət ideallarına sadiqliyi ilə qazanmaq istəyən bu adamlar əslində “blokada”ya alınmış kimi idilər. Ancaq onlar şüurlu şəkildə seçdikləri bu yoldan dönmək niyyətində deyildilər. Bu yolda “Abşeronçu”ların hamısına nümunə olacaq şəxs heç şübhəsiz Mircavad Mircavadov (1923-1992) idi…

Hələ Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə təhsil alarkən təsadüfən o vaxtlar dünyanın mütərəqqi rəssamlarının SSRİ muzeylərində nümayiş olunmayan əsərlərinin reproduksiyası ilə tanış olan Mircavad Mircavadov, bir müddət təhsildən uzaqlaşır və həmin əsərlərin təhlili ilə məşğul olur. Sonradan təhsilini tamamlayıb Sankt-Peterburqa gedir, israrlı xahişlərindən sonra Dövlət Ermitajının direktorundan muzeyin fondlarında saxlanan “qadağalı” əsərlərlə fərdi şəkildə tanışlığa icazə alır. Ardınca bir-neçə il burada qalıb şəhərdəki muzeylərdəki bəşəri və türk mənəvi dəyərlərini öyrənir, onların qaynaqlarını və mahiyyətini dərk etməyə çalışır. Bakıya qayıtdıqdan sonra da səs-küylü paytaxtda özünə yer tapa bilməyib Buzovnadakı bir bağ evini kirələyib bədii eksperimentlərlə məşğul olur.

37 yaşında onun qədim Qobustana getməsi və oradakı qaya rəsmləri ilə tanışlığı, az sonra milli miniatürlərimizi dərki, mifologiya və xalq sənəti ənənələrini öyrənməsi onun dünyaya məhz “Mircavad baxışı” ilə baxmağını müəyyənləşdirir. Başqa sözlə desək, axtardıqlarını vətəndən uzaqda tapa bilməyən rəssam onu elə vətənin özündə tapır. Gerçəkliyin bədiiləşdirilməsinəyönəli bu tapıntı Azərbaycan rəngkarlığına sözün əsl mənasında yeni nəfəsin gəlməsinə böyük təsir göstərir. Az sonra sənətdə ənənəviləşən dünyaya baxışdan çox fərqli olan Mircavad yolunu seçən digərləri də onunla birlikdə rəssamlıq məkanında həm də “Abşeron məktəbi”nin yaranmasını şərtləndirirlər...

Mircavad Mircavadovun dünyamızı, onun təzadlı hadisələrini, bəşəri duyğuları, Xeyirlə - Şərin mübarizəsini bütün çılpaqlığı ilə əks etdirən əsərləri o vaxtkı sərgi komissiyaları üçün qəbul edilən olmasa da, bu gün qısa zaman distansiyasından onların rəngkarlığımızı müəyyən ideoloji yeknəsəklikdən qurtarmaq, dünyanı başqa cür görmək mümkünlüyünün təsdiqi baxımından əvəzsiz olmaları şəksizdir. Rəssamın çəkdiklərində həm klassik milli, həm də müasir-avanqard meylləri qoşalaşdırması o vaxt çoxları üçün gözlənilməzdi. Milli köklərə bu cür müasir baxış doğrudan da bütün mənalarda yeni görünürdü. Bu gün onları obrazlı dillə desək, görkəmli musiqiçi Vaqif Mustafazadənin ənənə ilə müasirliyin vəhdəti olan muğam mövzusundakı improvizələri ilə müqayisə etmək olar. Elədiklərinin əvəzində adicə “sağ ol!”u ona qızırqananlar rəssama davamlı olaraq həm maddi, həm də mənəvi əziyyət verməkdə idilər. O, isə məqsədyönlü axtarışlarında israrlı idi. Çox təəssüf ki, bu böyük sənətkarın yaradıcılığına münasibət uzun müddət rəsmi ideoloji qurumlar tərəfindən arzuolunmaz olub. Belə ki, rəssamın fərdi sərgisi uzun təkidlərdən, daha dəqiq desək, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun Bakıda olduğu vaxt işə qarışmasından sonra - yalnız 1987-ci ildə 64 yaşında təşkil olundu. Bundan sonra onun doğma Bakıda, eləcə də Moskvada və digər xarici ölkələrdə sərgiləri baş tutdu. Ancaq əvvəlki illərdə apardığı ağır ideoloji mübarizədə “qazandığı” xəstəlikdən sonra 1992-ci ildə dünyasını dəyişən rəssam, əldə etdiyi qonorarları da çürüməkdə olan beynini müalicəsinə sərf etdi və Azərbaycan təsviri sənət tarixində mübariz “əqidə adamı” kimi silinməz bir iz qoymuş oldu...

Həmin illərdə Mircavad Mircavadovu özlərinə sələf-nümunə sayan və “Abşeronçu”lara qoşulanlar sırasında rəssamın qardaşı Tofiq Cavadovun, eləcə də gənc Fərhad Xəlilov, Mirnadir Zeynalov, Nazim Rəhmanov, Kamal Əhməd, Əlövsət Əliyev, Rafael Muradov və başqalarının adlarını çəkmək olar. Nə etdiklərini bilən bu rəssamlar əslində o vaxtlar çəkdiklərinə görə təqdir olunacaqlarına heç ümid də bəsləmirdilər. Özü də məhz 50-60-cı illərdə Moskvada SSRİ-də yaşayan yaradıcı qüvvələr arasında açıq fikirli insanların fəaliyyətlərini məhdudlaşdıran açıq qərar və gizli göstərişlərin artıq həyata tətbiqindən də az-çox xəbərdar idilər. Amma dünyanı başqa cür görə bilmək istəyi onların iç dünyasının tələbi olduğundan rəsmi və mühafizəkar Azərbaycan rəngkarlığı bu dəyişikliyi hələlik qəbul etməsə də, onu müşahidə etməyə məhkum idi. Yaradılan əsərlərin çoxu geniş sərgi salonlarına yol tapa bilməsələr də rəssamların çoxu fərdi qaydada onları emalatxanalarda olsa da tamaşaçılara göstərirdilər. Belə ki, tamaşaçı özü də kommunist rejiminin “qəlib rəngkarlığı”na baxmaqdan doymuşdu...

Yeri gəlmişkən deyək ki, “Abşeron məktəbi” özündə bilavasitə yuxarıda adlarını çəkdiyimiz, yaradıcılıqlarını qısaca şərh etdiyimiz rəssamları birləşdirsə də Bakıda onun bədii ənənələrindən faydalanan müxtəlif yaşlı rəssamlar da olmuşdur və bu münasibət bu günə kimi davam etməkdədir. Bu mənada qocaman qrafika ustası Ələkbər Rzaquliyevin, rəngkar Müslüm Abbasovun, Tofiq Ağababayevin, Gennadi Brijatyukun, Qəyyur Yunusun, Nazim Bəykişiyevin, Ağəli İbrahimovun, Asim Rəsuloğlunun, Məmmədkərin Quliyevin, Həmzə Abdullayevin, Nağdəli Xəlilovun və digərlərinin adını çəkmək olar.

Sonda xüsusi olaraq deyə bilərik ki, sovet dönəmində ən müxtəlif təzyiqlərə məruz qalan, maddi-mənəvi sıxıntılara tuş gələn “Abşeron məktəbi” təmsilçilərinin çoxşaxəli yaradıcılığı ölkənin müstəqilliyi dövründə XX əsr Azərbaycan rəngkarlığının ən parlaq səhifəsi kimi bütün mənalarda təqdir olundu. Əlavə edək ki, əgər ötən yüzilliyin 60-70-ci illərində “Abşeronçu”ların sırasında adın çəkilməsi rəsmi dairələrdə xoşagəlməz hal sayılırdısa, bu gün vaxtilə ən müxtəlif qınağın müqabilində belə öz ideyalarından əl çəkməyən bu rəssamların hər biri öz keçmişinə görə qürur hissi keçirə bilərlər...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb