CƏMİYYƏT


“Sosiallıq dairəsi” layihəsi çərçivəsində fəaliyyətlərin icrasına başlanılıb

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Sosiallıq dairəsi” layihəsi çərçivəsində fəaliyyətlərin icrasına başlanılıb.

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sosiallıq dairəsi” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin aktual problemlərin həllində aktiv iştirakçılığını artırmaq, potensial bilik və bacarığını təkmilləşdirmək və əhalinin müxtəlif kateqoriyalarının ehtiyac və maraqlarının öyrənilməsində gənclərin rolunu daha da gücləndirməkdir.

Tədbirdə çıxış edən birliyin Təhsil və təlimlər üzrə katibi, layihə rəhbəri Günel Ələsgərli iştirakçıları salamlayaraq, onları layihədə iştiraka vəsiqə qazanması münasibətilə təbriklərini çatdırıb.

Diqqətə çatdırılıb ki, bir ay boyunca keçiriləcək layihə müddətində sosial sahibkarlıq, bullinq və onun aradan qaldırılması yolları, gənclərin aktual problemlərin həllində yanaşması və digər mövzular üzrə təlimlər və qrup işlərinin keçirilməsi planlaşdırılır.

Həmçinin qeyd olunub ki, “İrəli” İctimai Birliyi tərəfindən fərdi layihələrin dəstəklənməsi istiqamətində indiyədək bir sıra fəaliyyətlər icra olunub. Bu il ərzində Azərbaycan Gənclər Fondu tərəfindən elan edilmiş gənclərin fərdi təşəbbüslər qrant müsabiqəsi çərçivəsində 10-dan çox layihəyə tərəfdaş kimi dəstəyin göstərilməsi nəzərdə tutulduğu layihə iştirakçılarına bildirilib.

Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsi çərçivəsində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.