DÜNYA


Şotlandiyada 5 min illik abidənin üzərinə qrafiti təsvir edilib

London, 11 aprel, AZƏRTAC

Şotlandiyanın Orkni bölgəsində 5000 il əvvəl tikilən Neolitik mərasim sahəsi olan “Brodqarın üzüyü” (Ring of Brodgar) abidələrinin üzərinə qrafiti təsvir edilib. Belə ki, bir-birindən aralı dayanan 27 abidədən birinin üzərinə qrafiti təsviri müşahidə edilib.

AZƏRTAC xəbər verir ki, polisdən verilən məlumata görə, bu qiymətli əsərlərə qarşı edilən vandalizm araşdırılır və günahkarlar cəzalandırılacaq.

Qeyd edək ki, Böyük Britaniyanın adalarında üçüncü ən böyük daş dairəsi olan abidələr UNESCO-nun Dünya İrs Siyahısına daxildir.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.