DÜNYA


Şotlandiyada Türkiyə sultanlarının portretləri tapılıb

Bakı,19 yanvar, AZƏRTAC

Şotlandiyada dəyəri 50-70 min funt sterlinq qiymətləndirilən malikanənin çardağında Osmanlı İmperiyası hökmdarlarının qədim portretləri tapılıb.

AZƏRTAC Türkiyənin “Ahval News” nəşrinə istinadən bildirir ki, rəsmlər Şotlandiyanın Cedboro şəhəri yaxınlığındakı malikanədə saxlanılır. Kətan üzərində çəkilmiş rəsmlərdə XVI əsrdə Osmanlı İmperiyasında hökmranlıq edən sultan Süleyman Qanuni, XIV əsrin sonlarında hakimiyyətə gələn Sultan I Yıldırım və 1481-ci ildə taxta çıxan Sultan II Bəyazid təsvir edilib.

“Sotheby's” Hərrac Evi Şotlandiya filialının rəhbəri Devid Makdonald tapıntını inanılmaz adlandırıb. O hesab edir ki, portretlər XVII əsrdə üçüncü Lothian qrafı tərəfindən Avropada səyahətdə olarkən əldə edilib.

Rəsmlərin yanvarın 20-də hərraca çıxarılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.