DÜNYA


Şotlandiyada dünyada hidrogenlə işləyən ilk ikimərtəbəli avtobuslar istifadəyə verilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Şotlandiyada dünyada hidrogenlə işləyən ilk sərnişin avtobusları istifadəyə verilib. London hakimiyyəti, həmçinin bu nəqliyyat modellərini tətbiq etməyi planlaşdırır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Şotlandiyada Aberdin şəhərinin hakimiyyəti tərəfindən dünyada yalnız hidrogenlə işləyən ilk ikimərtəbəli avtobus təqdim edilib. Onlar artıq şəhərin ictimai nəqliyyatının bir hissəsinə çevrilib, bu islahat havanın çirklənməsi ilə mübarizə aparmaq və tullantıları sıfır həddinə çatdırmaq üçün nəzərdə tutulmuş layihənin ilk addımıdır.

Avtobuslar son sınaq mərhələsindədir, lakin şəhər sakinləri artıq onlardan istifadə edə bilərlər. Bu avtobuslar bir neçə həftə ərzində şəhərdə hərəkət edəcək ki, sürücülər yeni nəqliyyat növünü idarə etməyə vərdiş etsinlər. Bu layihə məqsədi şəhərin iqtisadi və ekoloji aspektlərini daimi yaxşılaşdırmağı hədəfləyən Aberdin şəhər şurasının rəhbərliyi altında həyata keçirilir.

Sözügedən avtobuslar "Wrightbus" şirkəti tərəfindən hazırlanır. 10,8 milyon dollar məbləğində layihə Aberdin şəhər şurası, Şotlandiya hökuməti və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Hər bir avtobusun qiyməti 652 min dollardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.