DÜNYA


Şotlandiyada helikopterdə qeyri-adi otel açılıb

Bakı, 22 aprel, AZƏRTAC

Şotlandiyada helikopterdə tikilmiş qeyri-adi otel açılıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ölkə sakini Martin Stidman həyat yoldaşı ilə birlikdə helikopteri keçən il hərracda 7000 dollara alaraq, lazımi çatışmayan hissələrlə təchiz edib və ilkin görünüşünə qaytarıb.

Helikopterdə interyer və mebel elə seçilib ki, iki böyük və üç uşaq rahat otura bilsin. Pəncərədən görünən heyrətamiz təbiət mənzərələri oteldə yaşamaq istəyən turistlər üçün cəlbedici məkana çevrilib. Burada bir gün dincəlmək 200 dollara başa gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.