DÜNYA
Şotlandiyada keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb
London, 10 may, AZƏRTAC
Şotlandiyada keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, açıqlanan nəticələrə görə seçkilərdə iştirak edən Şotlandiya Milli Partiyası 64 yer, Mühafizəkarlar Partiyası 31 yer, Leyboristlər Partiyası 22 yer, Yaşıllar Partiyası 8 yer, Liberal Demokratlar Partiyası isə 4 yer qazanıb.
129 üzvlü parlamentdə keçirilən seçkilərdə ardıcıl dörd dəfə birinci olan Şotlandiya Milli Partiyası seçicilərə sosial xidmətlərə, xüsusən də səhiyyə sahəsinə külli miqdarda sərmayə qoyacağını vəd edib.
Nəticələr müəyyən olunduqdan sonra açıqlama verən Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen, prioritetinin epidemiya ilə mübarizə olduğunu, lakin böhran bitdikdən sonra ikinci müstəqillik referendumu keçirmək istədiklərini açıqlayıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:37]
İran Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]