CƏMİYYƏT
Şotlandiyada yaşayan soydaşlarımız Azərbaycana dəstək aksiyası təşkil edib
London, 26 oktyabr, AZƏRTAC
Şotlandiyanın Edinburq şəhərində yerləşən Skot abidəsinin qarşısında soydaşlarımız Azərbaycana dəstək aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyada Şotlandiyanın Edinburq, Qlazqo və Aberdin şəhərlərində yaşayan azərbaycanlılar iştirak edib.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun!”, “Gəncə üçün dua et!”, “Erməni terroruna son!” kimi şüarlar səsləndirilib.
Həmçinin Şotlandiyanın müxtəlif bölgələrindəki parklara və ən məşhur Fort körpüsünə (Fort Bridge) “Qarabağ Azərbaycanındır!” adlı plakatlar yerləşdirilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]