İDMAN
Şotokan karate-do üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 24 yanvar, AZƏRTAC
Şotokan karate-do üzrə Bakı birinciliyi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda 133 idmançı birincilik uğrunda mübarizə aparıb.
Yarışın nəticələrinə görə, 10-11 yaş qrupunda Rəşid Məstəliyev, Ayxan Mollayev, İsmayıl Nəzərov, Fərəc Əliyev, 12-13 yaşlılar arasında Fariz Şahbazov, Rəsul Abbasov, Məhəmməd Xamoyev, Əli Hacıyev, 14-15 yaşlı karateçilərin mübarizəsində Oruc Süleymanlı, Hüseyn Məmmədli, Azər Tapdıqlı, İsmayıl Məhəbbətli, Osman Osmanov, 16-17 yaşlılar arasında isə Rüfət İskəndərov, Nuran Rzazadə, Məhəmməd Məmmədov, Fərid Şahbazlı və Musa Sarıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışda ilk üç yeri tutub idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.