SİYASƏT


“South China Morning Post”: Azərbaycanı dəstəkləmək həqiqəti dəstəkləməkdir

Pekin, 14 oktyabr, AZƏRTAC

Honkonqda nəşr olunan nüfuzlu “South China Morning Post” qəzetinin saytında Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan hərbi təxribatları və onun nəticəsində yaranmış vəziyyət barədə məqalələr yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, “Ermənistan ilə Azərbaycan arasında toqquşmalar yenidən başlarkən Çin bu məsələdə nə üçün neytral qalmamalıdır?” sərlövhəli məqalədə Sovet İttifaqı dağılarkən millətçilərin Ermənistan ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək istəyinə düşdüyü qeyd olunub. Bildirilib ki, müharibə nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və bir milyon günahsız insan öz evindən didərgin düşüb.

Məqalənin müəllifi Skarlet Ma qondarma “Dağlıq Qarabağ respublikası”nın marionet rejiminin 1931-1945-ci illərdə Çinin şimal-şərqindəki marionet Mancuriya rejiminin rəhbərliyi ilə müqayisə oluna biləcəyini vurğulayıb. O qeyd edib ki, Çin iki səbəbdən Azərbaycanla həmrəylik nümayiş etdirməli və Ermənistanı qınamalıdır. Birincisi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və qlobal güc olan Çin beynəlxalq hüququ qorumalıdır. Bu xüsusda Çinin də xarici müdaxilə ağrısı ilə tanış olduğu vurğulanıb.

Bundan başqa, Çinin Azərbaycanı dəstəkləməsi Tayvandakı separatçılara dolayı bir mesaj olar. Çin də Azərbaycanla eyni problemlə üz-üzədir: eynilə Qarabağdakı separatçılar kimi ,Tayvandakı axmaq siyasətçilər də xarici qüvvələrin onların rejimini qoruyacağını düşünürlər. Çin bu məsələdə Azərbaycanı dəstəkləməklə ərazi bütövlüyünün bütün ölkələr üçün “qırmızı xətt” olduğunu nümayiş etdirə bilər.

Müəllif qeyd edir ki, çinlilər sülhsevər insanlardır. Amma məlumdur ki, ədalət olmadan sülh mümkün deyil. Azərbaycanı dəstələmək, həqiqəti dəstəkləməkdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.