CƏMİYYƏT


Soydaşlarımız “Qazaxıstan – böyük düzənlik diyarı” sərgisində iştirak ediblər

Bakı, 17 avqust, AZƏRTAC

Qazaxıstanda fəaliyyət göstərən “Xəzər” Azərbaycan Etnomədəni Mərkəzi bu ölkədə keçirilən “Qazaxıstan – böyük düzənlik diyarı” respublika sərgisində iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Etnoaul” milli-mədəni kompleksində baş tutan sərgidə 10 ölkə təmsil olunub.

Azərbaycan guşəsində folklor musiqimiz, mətbəximiz, qədim geyimlərimiz və silahlarımız, eləcə də atlarımız nümayiş etdirilib. Qonaqlara döyüş səhnələri, saz havaları, rəqslər və çaparlarımızın məharətli çıxışları təqdim olunub.

Qeyd edək ki, Qazaxıstanda ənənəvi olaraq keçirilən bu sərginin əsas qəhrəmanları, adətən, sənətkarlar olurlar. Onlar sərgidə təkcə mənsub olduqları xalqlara məxsus milli-mədəni nümunələri deyil, həmçinin öz bacarıqlarını da əyani şəkildə qonaqlara nümayiş etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.