SİYASƏT


Soydaşlarımızın Qərbi Azərbaycana dönəcəkləri günü səbirsizliklə gözləyirik - Diaspor üzvü

Soydaşlarımızın Qərbi Azərbaycana dönəcəkləri günü səbirsizliklə gözləyirik -   Diaspor üzvü

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan xalqının böyük dərdlərindən biri də son 200 ildə dəfələrlə qonşu dövlətin təzyiqi altında deportasiyaya məruz qalmasıdır. Avropa dövlətləri çox zaman bu dəhşətli ədalətsizliyin və faciənin üstündən susaraq keçirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Estoniyada yaşayan soydaşımız, “Karyera” Təhsil Akademiyasının rəhbəri Sənəm Əliyeva söyləyib.

“Xalqımızın Ermənistandan kütləvi şəkildə sonuncu məcburi köçürülməsi 1988-ci ildə başlandı və 250 mindən çox soydaşımız dədə-baba yurdundan qovuldu. Qərbi azərbaycanlıların deportasiya prosesi həm də o ərazilərdə tarixi izlərin silinməsi ilə müşayiət olundu. Tarixə bu cür vəhşi münasibətin nəticəsi olaraq İrəvan şəhərində bütün mədəni-tarixi abidələr yer üzündən silindi və ya erməniləşdirildi”, - deyə S.Əliyeva bildirib.

O qeyd edib ki, Qərbi azərbaycanlılar dəfələrlə qanunsuz deportasiyaya məruz qalmış icmadır. Onların hüquqları bərpa olunmalı, onlar doğma torpaqlarına qayıtmalıdırlar.

“Müzəffər Ordumuzun İkinci Qarabağ savaşında Qələbəsi bizdə Ermənistan tərəfindən doğma torpaqlarından didərgin salınan azərbaycanlıların nə zamansa mütləq öz doğma yurd-yuvalarına dönəcəyinə inamı artırdı. Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşündə səsləndirdiyi fikirlər bu inamı daha da möhkəmləndirdi.

Mən bir azərbaycanlı olaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qəbul edilməsinə, bununla da tarixi ədalətin bərpası üçün mühüm addımların atılmasına çox şadam”, - deyə S.Əliyeva vurğulayıb.

Təhsil Akademiyasının rəhbəri azərbaycanlıların öz əzəli torpaqlarına mütləq qayıdacaqlarına əminliyini bildirib. Onun fikrincə, onların təhlükəsiz qayıtması və yaşamasının təmin edilməsi üçün əraziyə heyətində dost ölkələrin nümayəndələrinin olduğu beynəlxalq təhlükəsizlik missiyası cəlb edilməlidir.

“Ermənilər yeni reallıqla barışmalı və bu torpaqların əsl sahiblərini sakitcə qəbul etməlidirlər. Axı Azərbaycan ermənilərin və azərbaycanlıların dinc yanaşı yaşaması üçün hər cür şərait yaradır. Ermənistan da öz növbəsində regionda sülhün bərqərar olması üçün səylərini əsirgəməməlidir. Ordumuz təcavüzkarı qovmaqla ən mürəkkəb işi yerinə yetirib. İndi işin kiçik hissəsi qalıb: əzəli torpaqlarımızı qorumaq, orada yenidən kök salmaq və 30 il bizi dədə-baba torpaqlarımızdan ayıran tarixi ədalətsizliyin təkrarlanmasına daha heç zaman yol verməmək.

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Biz, xaricdə yaşayan azərbaycanlılar soydaşlarımızın öz Vətəninə - Qərbi Azərbaycana dönəcəyi günü səbirsizliklə gözləyirik!”, - deyə S.Əliyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.