CƏMİYYƏT


Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı sakini saxlanılıb

Bakı, 4 iyun, AZƏRTAC 

İyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində xətt avtobuslarının birində Abşeron rayon sakini olan yeniyetmə qızın çantasından mobil telefonunu açıq talama yolu ilə götürən şəxs avtobusdan düşərək qaçıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu zaman ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi təqib edərək saxlayıblar. Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Abbasov maddi sübut – telefonla birgə 19-cu polis şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.