CƏMİYYƏT


Soyğunçuluq hadisəsi törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev oktyabrın 18-də A.M.Şərifzadə küçəsindən “Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

N.Məmmədovla bağlı aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində C.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə beş nəfəri aldadaraq mobil telefonlarını alması, iki avtomobildən isə mobil telefon oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.