CƏMİYYƏT


Soyğunçuluq törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Bakı, 24 aprel, AZƏRTAC 

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şosesi ilə gedərkən iki nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırmalar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.