CƏMİYYƏT


Soyğunçuluqda şübhəli bilinən Yevlax rayon sakini yaxalanıb

Bakı, 17 fevral, AZƏRTAC 

Bakı şəhər sakini E.Kələşovun mobil telefonunu və 270 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini R.Quliyev Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, N.İsmayılovanın mobil telefonunu və Ş.Rəsulovanın 2980 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Kərimov isə 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Nərimanov rayonunda dörd avtomobildən məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Sadıqlı rayon polis idarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.