Soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar
AzerTAg.az
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 3-də Nəsimi rayonunun Cavadxan küçəsindəki Təcili Yardım Stansiyasında bir nəfərin həkim Q.Hüseynovanın pulqabısından 1010 manat pulu açıq talama yolu ilə aparması barədə rayon polis idarəsinin 19-cu polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə müəyyənləşdirilərək saxlanılıb.
Noyabrın 3-də isə Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində bir nəfərin şəhər sakini N.Rəhimliyə qarşı zor tətbiq edərək 15 manat məbləğində pulunu və mobil telefonunu alması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini S.Mehrabov olması müəyyənləşdirilib və o, saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Hadisələrlə bağlı araşdırma aparılır.


Xəbərin mətnində orfoqrafik səhv var