MƏDƏNİYYƏT


“Soyqırımı: 100 il” sənədli filmi ictimaiyyətə təqdim olunub

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 6-da “Azərkitab” kitab təbliğat mərkəzinin konfrans salonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin (İB) ekranlaşdırdığı “Soyqırımı: 100 il” sənədli filminin təqdimat mərasimi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, mərasimi layihənin rəhbəri İB-nin sədri Büllur Məmmədova açaraq filmin əhəmiyyətindən söz açıb. Bildirib ki, film daşnakların azərbaycanlılara qarşı soyqırımı cinayəti törətməsinin 100-cü ildönümünə həsr edilib.

Vurğulanıb ki, “Soyqırımı: 100 il” sənədli filmi yalan üzərində qurulmuş erməni təbliğatına növbəti ağır zərbədir. Təşkilat sədrinin sözlərinə görə, növbəti mərhələdə sənədli filmin xarici dillərə dublyaj olunaraq xarici ölkələrə yayılması planlaşdırılır.

“Soyqırımı: 100 il” sənədli filminin nümayişindən sonra ssenari müəllifi və rejissoru Etibar Məmmədov vurğulayıb ki, təqdim olunan ekran əsərində yalnız arxiv sənədlərdən, Fövqəladə İstintaq Komissiyasına ifadələr vermiş 1918-ci ilin mart-aprel hadisələrinin canlı şahidlərinin sözlərindən istifadə olunub.

Tədbir film ətrafında geniş müzakirələrin aparılması ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.