CƏMİYYƏT


Soyuq zəncir sistemi avadanlıqlarının inventarlaşdırılması prosesi davam edir

Bakı, 11 avqust, AZƏRTAC

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi COVID-19 əleyhinə Vaksinasiyaya dəstək layihəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkə üzrə soyuq zəncir sistemi avadanlıqlarının inventarlaşdırılması prosesi davam edir.

AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, inventarlaşdırma prosesini Rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin İnventarlaşdırma və Boşluqların Təhlili Aləti (IGAS – Inventory and Gap Analysis System) üzrə təlim keçən əməkdaşları həyata keçirir.

Səhiyyə Nazirliyi və ÜST Azərbaycandakı nümayəndəliyinin əməkdaşları soyuq zəncir avadanlıqlarının inventarlaşdırılması prosesinə nəzarət etmək məqsədilə şimal bölgəsinə səfər edib. Quba, Qusar və Xaçmaz rayonlarına səfər zamanı monitorinq qrupu tərəfindən məlumatların keyfiyyətli şəkildə toplanması və proqrama daxil edilməsi prosesi izlənərək hesabat tərtib olunub. Növbəti həftələrdə inventarlaşdırma prosesinin keyfiyyətlə həyata keçirilməsinə nəzarət məqsədilə digər rayonlara da monitorinq səfərlərinin həyata keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.