DÜNYA


“Soyuz MS-12” Beynəlxalq Kosmik Stansiyaya birləşib

Bakı, 15 mart, AZƏRTAC

Martın 14-də Baykonur kosmodromundan kosmosa buraxılan “Soyuz MS-12” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, birləşmə anı Rusiyanın “Roskomos” agentliyinin saytında canlı yayımlanıb. Kosmik gəminin göyərtəsində olan kosmonavtlar - rusiyalı Aleksey Ovçinin, amerikalılar Nik Heyq və Kristina Kuku Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar rusiyalı Oleq Kononenko, ABŞ və Kanada nümayəndələri Enn Makkleyn və David Sen-Jak qarşılayıblar.

Bildirilir ki, “Soyuz MS-12” Yerin ətrafında dörd dairə vurduqdan sonra (standartlar 34 dairədir) qısa uçuşunu başa çatdırıb. Ovçinin və Heyqin ötən il oktyabrın 11-də Beynəlxalq Kosmik Stansiyaya uçmaq cəhdi uğursuzluqla nəticələnmişdi.

Plana görə, rusiyalı kosmonavtlar Ovçinin və Kononenko martın 29-da, NASA astronavtları isə üç dəfə - martın 22-də, 29-da və aprelin 8-də açıq kosmosa çıxacaqlar. Ən maraqlısı budur ki, tarixdə ilk dəfə olaraq iki qadın Enn Makkleyn və Kristina Kuk birlikdə açıq kosmosda olacaqlar. Onlar kosmik stansiyanın günəş batareyalarını dəyişəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.