“Sözə bax" adlı yeni proqram başlayacaq
AzerTAg.az

Bakı, 31 yanvar, AZƏRTAC
Fevral ayından “T-network” platformasının feysbuk səhifəsində "Sözə bax" adlı yeni proqram yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, proqram təhsil işçilərinin asudə vaxtını səmərəli təşkil etmək, yaradıcı düşüncənin inkişafına təkan vermək məqsədi daşıyır.
Proqram söz yarışmasından ibarət olacaq. Hər proqramda bir neçə müəllim iştirak edəcək və hər iştirakçıya sadə suallar ünvanlanacaq.
Təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında baş tutacaq proqramda iştirakçı suallara müəyyən şərtlərə uyğun cavab verməlidir.
Final mərhələsində isə qaliblər yarışacaqlar. Qalib təltif olunacaq.
Canlı yayıma qoşulmaq istəyənlər müvafiq linkə keçid etməklə müraciət edə bilərlər.
Xəbərin mətnində orfoqrafik səhv var